Cəlilabadda ayağı amputasiya edilmiş kişi özünü güllələyib - YENİLƏNİB

Cəlilabadda ayağı amputasiya edilmiş kişi özünü güllələyib - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
9 Mart , 2017 11:37
Cəlilabadda ayağı amputasiya edilmiş kişi özünü güllələyib - YENİLƏNİB

Bakı. 9 mart. REPORT.AZ/ Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə rayonun Alar kəndində qeydə alınıb.

Belə ki, rayonun Alar kənd sakini, 1958-ci il təvəllüdlü Təvəkkül Quliyev tapança ilə özünü güllələyərək intihar edib.

"Report"un əldə etdiyi məlumata görə, T.Quliyev şəkər xəstəsi imiş. Bir müddət əvvəl onun ayaqlarından biri amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi