Cəlilabad sakini naməlum şəxslər tərəfindən döyülüb

Cəlilabad sakini naməlum şəxslər tərəfindən döyülüb Cəlilabad. 25 noyabr. REPORT.AZ/ Cəlilabadda döyülmə hadisəsi baş verib.
Hadisə
25 Noyabr , 2018 18:08
Cəlilabad sakini naməlum şəxslər tərəfindən döyülüb

Cəlilabad. 25 noyabr. REPORT.AZ/ Cəlilabadda döyülmə hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Göytəpə şəhər sakini, 1982-ci il təvəllüdlü Abıyev Cəlal Səfəralı oğlu iti alətlə bir neçə naməlum şəxs tərəfindən döyülüb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi