Cəlilabad sakini həmkəndlisini qətlə yetirib - FOTO

Cəlilabad sakini həmkəndlisini qətlə yetirib - FOTO İlkin ehtimala görə, hadisə namus üstündə baş verib
Hadisə
5 Aprel , 2017 09:59
Cəlilabad sakini həmkəndlisini qətlə yetirib - FOTO
Report.az

Cəlilabad. 5 aprel. REPORT.AZ/ Cəlilabadda qətl törədilib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Sərhədabad kəndində qeydə alınıb. 

Kənd sakini Əli Əliyev həmkəndlisi Nemət Aslanovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. İlkin ehtimala görə, hadisə namus üstündə baş verib. Əli Əliyev qətli törətdikdən sonra könüllü polisə gələrək təslim olub.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi