Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad kəndində qeydə alınıb.
Həmin kənd sakini, 1952-ci il təvəllüdlü Əhmədov Əhmədağa Bəhrəm oğlu tanıdığı bir neçə şəxs tərəfindən döyülüb. Yaralı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.