Cəlilabad. 10 iyun. REPORT.AZ/ Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, 1975-ci il təvəllüdlü yerli sakin Sadıqov Zamiq Mirzəyar oğlu müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib. Yaralının dediyinə görə, onu bir neçə nəfər döyüb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.