Cəlilabad. 4 iyul. REPORT.AZ/ Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb.
Kənd sakini, 1986-cı il təvəllüdlü İslamov Elvin Orucəli oğlu kəsilmiş-deşilmiş yara ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hələlik onun kim tərəfindən bıçaqlandığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.