Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 1956-cı il təvəllüdlü Əsgərov Nurəddin Ələsgər oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.