Cəlilabad rayonunda poçtdan 5 min manatlıq oğurluq olub

Cəlilabad rayonunda poçtdan 5 min manatlıq oğurluq olub Oğru "isti izlər"lə saxlanılıb
Hadisə
19 May , 2018 19:31
Cəlilabad rayonunda poçtdan 5 min manatlıq oğurluq olub

Cəlilabad. 19 may. REPORT.AZ/ Cəlilabad rayonunun Göytəpə şəhərində oğurluq hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, axşam saatlarında Göytəpə Poçt şöbəsindən 17 ədəd dekoder, 2 ədəd skayner, zərflər və müəssisəyə aid digər sənədlər oğurlanıb.

Ümumilikdə müəssisəyə məxsus təxmini 5000 manatlıq əşya oğurlanıb.

Oğru "isti izlər"lə saxlanılıb. Onun evindən bəzi əşyalar maddi sübut kimi götürülüb

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi