Yuxarı
    Bağlamaq

    Çeçenistanda Azərbaycan vətəndaşı saxlanılıb

    A.Mirzəcanova qanunsuz şəkildə Rusiya Federasiyasının sərhədini keçməyə cəhd edərkən saxlanılıb

    Bakı. 3 fevral. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidmətinin Çeçenistanda Respublikası üzrə Sərhəd İdarəsi qanunsuz şəkildə federasiya sərhədini keçməyə cəhd edərkən Azərbaycan vətəndaşı A.Mirzəcanovanı saxlayıb.

    "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, əvvəllər soyadı Tağıyeva olan A.Mirzəcanovanın Rusiyaya girişinə ötən ilin mart ayında qadağa qoyulub. Rusiya icra hakimiyyətinin səlahiyyətli orqanları ona 2019-cu ilin yanvar ayına qədər ölkəyə girişi yasaqlayıb.

    Hazırda A.Mirzəcanova ilə bağlı istintaq tədbirləri aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi