Cəbrayıl polisi nəzarət postlarında bir neçə şəxsdə silah-sursat aşkarlayıb

Cəbrayıl polisi nəzarət postlarında bir neçə şəxsdə silah-sursat aşkarlayıb Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun inzibati ərazisində yaradılan nəzarət postlarında aparılan yoxlamalar zamanı bir neçə şəxsdən qanunsuz olaraq əldə edilən müxtəlif növ silah-sursat aşkar edilərək götürülüb.
Hadisə
27 Dekabr , 2021 15:44
Cəbrayıl polisi nəzarət postlarında bir neçə şəxsdə silah-sursat aşkarlayıb
0 : 00
0 : 00

Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun inzibati ərazisində yaradılan nəzarət postlarında aparılan yoxlamalar zamanı bir neçə şəxsdən qanunsuz olaraq əldə edilən müxtəlif növ silah-sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, cari il ərzində Cəbrayıl RPŞ-nin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri çərçivəsində yoxlamalar aparılarkən qanunsuz olaraq silah-sursat əldə edən şəxslər müəyyən edilib.

Həmin şəxslərin barələrində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Aşkarlanan 1 avtomat, 2 qumbara, 4 minaatan mərmisinə məxsus başlıq, 1 nişangah qurğusu, 1 sandıq və 1749 müxtəlif çaplı partonlar aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi