​Cəbhəyanı bölgələrdə 1 859 ədəd partlamamış hərbi sursat aşkar edilib

​Cəbhəyanı bölgələrdə 1 859 ədəd partlamamış hərbi sursat aşkar edilib Nəticə etibarı ilə 14 000 kv. m ərazi yoxlanılıb
Hadisə
25 İyul , 2016 22:24
​Cəbhəyanı bölgələrdə 1 859 ədəd partlamamış hərbi sursat aşkar edilib

Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam, Tərtər və Göygöl rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, bu gün 1 ev və həyətyanı sahə, 2 əkin sahəsi və 1 çınqıl karxanasında 8 partlayış yerinə baxış keçirilib, 1 859 ədəd partlamamış hərbi sursat aşkar edilərək götürülüb, nəticə etibarı ilə 14 000 kv. m ərazi yoxlanılıb.

Ağdam rayonu

Zəngişalı kəndi - 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 5 000 kv.m ərazi yoxlanılıb.

Cəmi:2 əkin sahəsi, 3 partlayış yeri, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 5 000 kv.m ərazi təmizlənib.

Tərtər rayonu

Şıxarx kəndi - 1 çınqıl karxanası ərazisində 5 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 8 500 kv.m ərazi yoxlanılıb.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları)

Cəmi: 1 çınqıl karxanası, 5 partlayış yeri, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 8 500 kv.m ərazi yoxlanılıb.

Göygöl rayonu

Yeni Zod kəndi – 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 7 ədəd – F1 əl qumbarası, 10 ədəd UZRQM əl qumbarasının zapalı, 1 ədəd – VOQ-17 tüfəng qumbarasi (ASQ), 1790 ədəd – 7-62 çaplı LPS snayper PK gülləsi, 50 ədəd–5-45 çaplı avtomat gülləsi və 1 ədəd “Dyankov” əl qumbarası aşkar edilərək, götürülüb, nəticə etibarilə 500 kv.m ərazi yoxlanılıb.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı)

Cəmi: 1 ev və həyətyanı sahə, 1 859 ədəd partlamamış hərbi sursat (7 ədəd – F1 əl qumbarası, 10 ədəd UZRQM əl qumbarasının zapalı, 1 ədəd – VOQ-17 tüfəng qumbarası (ASQ), 1790 ədəd – 7-62 çaplı LPS snayper PK gülləsi, 50 ədəd – 5-45 çaplı avtomat gülləsi və 1 ədəd “Dyankov” əl qumbarası) aşkar edilərək götürülüb, nəticə etibarilə 500 kv.m ərazi yoxlanılıb.

Son xəbərlər

Orphus sistemi