Cəbhə bölgəsində dezinfeksiya işləri - VİDEOREPORTAJ

Cəbhə bölgəsində dezinfeksiya işləri - VİDEOREPORTAJ Tərtər rayonunda yerləşən təhsil müəssisələrində dezinfeksiya işləri aparılır.
Hadisə
6 mart 2020 10:30
Cəbhə bölgəsində dezinfeksiya işləri - VİDEOREPORTAJ

Tərtər rayonunda yerləşən təhsil müəssisələrində dezinfeksiya işləri aparılır.

"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə rayonun ümumtəhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. 

Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu günədək 49 ümumtəhsil məktəbində və 8 məcburi köçkün təhsil müəssisədə dezinfeksiya işləri aparılıb. Dezinfeksiyaedici tədbirlərin martın 9-dək başa çatdırılması nəzərdə tutulur.

Tərtər Rayon Təhsil Şöbəsindən "Report"a bildirilib ki, martın 5-də rayonun ən böyük təhsil müəssisələrində o cümlədən cəbhə bölgəsində yerləşən məktəblərdə, həmçinin Uşaq-Gənclər İdman və Uşaq-Gənclər İnkişaf mərkəzlərində şahmat məktəbində dezinfeksiya işləri aparılıb. Dezinfeksiyaedici tədbirlər rayonun bütün ümumtəhsil müəssisələrini əhatə edəcək.
Şöbədən bildirilib ki, Təhsil Nazirliyinin 2020-ci il 24 fevral tarixli təlimat məktubunun tələblərinə əsasən, məktəb kollektivləri, şagird və valideynlər arasında aktiv maarifləndirmə işləri aparılıb, kütləvi tədbirlər, ekskursiyalar məhdudlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi