Cavid Hüseynovun ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə müraciət ediləcək

Cavid Hüseynovun ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə müraciət ediləcək Səbail Rayon Məhkəməsində vəsatət qaldırılacaq
Hadisə
14 Avqust , 2015 15:25
Cavid Hüseynovun ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə müraciət ediləcək

Bakı. 14 avqust. REPORT.AZ/ “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun ev dustaqlığına buraxılması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət ediləcək. Bu barədə “Report”a onun vəkili Adəm Məmmədov məlumat verib.

O, məhkəməyə gələn həftə vəsatətlə müraciət olunacağını bildirib.

Qeyd edək ki, bu gün Bakı Apelyasiya Məhkəməsində C.Hüseynovun apelyasiya şikayətinə baxılıb. Futbolçu barədə Səbail Rayon Məhkəməsinin 3 aylıq həbs qətimkan qərarı qüvvədə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi