Yuxarı
    Bağlamaq

    ​CATEL Vergilər Nazirliyinin departamentini məhkəməyə verib

    1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib

    Bakı. 10 noyabr. REPORT.AZ/ “Caspian American Telekommunications LLC” (CATEL) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Azərbaycan Vergilər Nazirliyi (VN) yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentini məhkəməyə verib.

    “Report”un xəbərinə görə, CATEL şirkəti qərarın, aktın və tələbnamənin mübahisələndirilməsi barədə tələb irəli sürüb.

    1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib.

    Qərardan narazı qalan VN-in departamenti apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi