​“CATEL” MMC ilə “Azercell Telekom” arasında məhkəmə çəkişməsinə xitam verilib

​“CATEL” MMC ilə “Azercell Telekom” arasında məhkəmə çəkişməsinə xitam verilib Barışıq sazişi təsdiq olunub
Hadisə
31 Mart , 2016 08:33
​“CATEL” MMC ilə “Azercell Telekom” arasında məhkəmə çəkişməsinə xitam verilib

Bakı. 31 mart. REPORT.AZ/ “CATEL” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Azercell Telekom” MMC-yə qarşı verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, sonuncu prosesdə qərar elan olub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə ləğv edilərək, barışıq sazişi təsdiq olunub. İş üzrə icraata xitam verilib.

Qeyd edək ki, “Azercell Telekom” MMC “CATEL” MMC-ni məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Azercell Telekom” borcun və dəbbə pulunun ödənilməsinə dair ilkin iddia və müqavilə şərtlərinin dəyişdirilmiş hesab edilməsinə dair qarşılıqlı iddia irəli sürüb. Məhkəmə ilkin iddianı təmin etsə də, qarşılıqlı iddianı təmin etməyib. Qərardan narazı qalan “CATEL” MMC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Üçüncü şəxs qismində isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) göstərilib. 

Son xəbərlər

Orphus sistemi