Cari ilin 6 ayında Bakıda itkin düşənlərin sayı açıqlanıb

Cari ilin 6 ayında Bakıda itkin düşənlərin sayı açıqlanıb 2021-ci ilin birinci yarımili ərzində Bakıda itkin düşənlərin sayı açıqlanıb.
Hadisə
17 İyul , 2021 18:43
Cari ilin 6 ayında Bakıda itkin düşənlərin sayı açıqlanıb

2021-ci ilin birinci yarımili ərzində Bakıda itkin düşənlərin sayı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Bakı şəhər prokuroru İlqar Abbasov hesabat məruzəsi ilə çıxış edərkən bildirib.

O qeyd edib ki, 2021-ci ilin birinci yarımili ərzində itkin düşmüş 211 şəxs (2020-ci ilin müvafiq dövründə 184 şəxs) axtarışda olub, onlardan 146 (130) şəxs müəyyən edilərək barəsində axtarış işinə xitam verilib, 65 (54) şəxsin isə yerinin müəyyən edilməsi mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi