Hacıqabulda yırtıcı heyvan yerli sakinə hücum edərək ona xəsarət yetirib - FOTO

Hacıqabulda yırtıcı heyvan yerli sakinə hücum edərək ona xəsarət yetirib - FOTO Hacıqabul. 31 yanvar. REPORT.AZ/ Hacıqabul rayonunda yırtıcı heyvan yerli sakinə hücum edib.
Hadisə
31 Yanvar , 2019 01:24
Hacıqabulda yırtıcı heyvan yerli sakinə hücum edərək ona xəsarət yetirib - FOTO
Foto: "Report"

Hacıqabul. 31 yanvar. REPORT.AZ/ Hacıqabul rayonunda yırtıcı heyvan yerli sakinə hücum edib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ağacanlı kəndində baş verib.

Kənd sakini, 1950-ci il təvəllüdlü Mirzəyev Mətləb Məhəmmədəli oğlu qoyun otararkən qoyun sürüsü çaqqalın hücumuna məruz qalıb. Qoyunlarını vəhşi çaqqalın hücumundan qorumaq istəyən 68 yaşlı kənd sakininin özü də çaqqalın hücumuna tuş gəlib. O, çaqqalı öldürsə də, yırtıcı heyvan M.Mirzəyevin barmağını qoparıb və ayağını yaralayıb. 

Yaralı kənd sakininə həkimlər yardım edib, ona quduzluq əleyhinə vaksin vurulub. 

Son xəbərlər

Orphus sistemi