Cahangir Hacıyevin iddiaları üzrə məhkəmə qərarları elan olunub

Cahangir Hacıyevin iddiaları üzrə məhkəmə qərarları elan olunub Onun şikayətlərinin heç biri təmin edilməyib
Hadisə
17 Dekabr , 2015 16:04
Cahangir Hacıyevin iddiaları üzrə məhkəmə qərarları elan olunub

Bakı. 17 dekabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) qarşı üç iddiası üzrə məhkəmə prosesləri keçirilib.

Bu barədə “Report”a C.Hacıyevin vəkili Aqil Layicov bildirib.

C.Hacıyev ona gətirilən sovqatın qəbul edilməsini (o cümlədən sovqatın qəbul edilməməsinin qanunsuz sayılmasını), vəkillə özü arasındakı yazışmalarda konfedensiallığın pozulmasının qanunsuz hesab edilməsini, BMCMİ-də saxlanılmasının qanunsuz sayılmasını istəyirdi.

Nərimanov Rayon Məhkəməsində baxılan hər üç iş üzrə qərar elan olunub. Qərarlara əsasən, C.Hacıyevin şikayətlərinin heç biri təmin edilməyib.

Xatırladaq ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə apellyasiya şikayəti verilib. Lakin Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti təmin edilməyib.

C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi