Cahangir Hacıyevin bacanağının apellyasiya şikayəti təmin edilməyib

Cahangir Hacıyevin bacanağının apellyasiya şikayəti təmin edilməyib Birinci istnasiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
26 Noyabr , 2016 09:16
Cahangir Hacıyevin bacanağının apellyasiya şikayəti təmin edilməyib

Bakı. 26 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan və mənimsəmədə təqsirləndirilən “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru İsmayıl Timuçinoviç Hidayət-Zadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, İ.Hidayət-Zadənin apellyasiya şikayəti təmin edilməyib, birinci istnasiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, İ.Hidayət-Zadə 2015-ci ildə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən saxlanılıb. “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru olmuş İ.Hidayət-Zadə "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən 100 milyon dollar kredit götürərək qaytarmamaqda ittiham olunur. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İ.Hidayət-Zadə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ.Hidayət-Zadə apellyasiya şikayəti verib.

Xatırladaq ki, İ.Hidayət-Zadə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş sədri Cahangir Hacıyevin bacanağıdır. 

Son xəbərlər

Orphus sistemi