Yuxarı

​Cahangir Hacıyev üç iş üzrə apellyasiya şikayəti verəcək

Vəkil: “Bu gün hər üç iş üzrə ərizələri Bakı Apellyasiya Məhkəməsinə təqdim edəcəyik”

Bakı. 18 dekabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev üç iş üzrə apellyasiya şikayəti verəcək.

Bu barədə “Report”a C.Hacıyevin vəkili Aqil Layicov bildirib.

Belə ki, C.Hacıyev ona gətirilən sovqatın qəbul edilməsini (o cümlədən sovqatın qəbul edilməməsinin qanunsuz sayılmasını) istəyir. Həmçinin o, vəkili ilə özü arasındakı yazışmalarda konfedensiallığın pozulması və BMCMİ-də saxlanılmasının qanunsuz sayılmasını tələb edir. Nərimanov Rayon Məhkəməsi iddiaların heç birini təmin etməyib. C.Hacıyev məhz həmin məhkəmə qərarlarından apellyasiya şikayəti verəcək. “Bu gün hər üç iş üzrə ərizələri Bakı Apellyasiya Məhkəməsinə təqdim edəcəyik”, - A.Layicov bildirib.

Qeyd edək ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi