Buzovnada zəncirvari yol qəzası olub, 4 nəfər yaralanıb

Buzovnada zəncirvari yol qəzası olub, 4 nəfər yaralanıb Bakıda zəncirvari yol qəzası baş verib.
Hadisə
19 Sentyabr , 2019 20:34
Buzovnada zəncirvari yol qəzası olub, 4 nəfər yaralanıb

Bakıda zəncirvari yol qəzası baş verib. 

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi, "Albalılıq" yaşayış massivində, boya fabrikinin yanında qeydə alınıb. 

Qəza nəticəsində 4 nəfər yaralanıb. Onlardan 56 yaşlı Təranə Kərimovaya hadisə yerində yardım göstərilib. 33 yaşlı Yeganə Kərimova başın açıq yarası, 35 yaşlı Surxay Məmişov sol biləyin əzilməsi, 57 yaşlı Münasib Məmmədov döş qəfəsinin və qarnın küt travması ilə Sabunçu rayonundakı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. 

Hazırda müalicələri davam edir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi