Buzovnada iki balıqçı xilas edilib

Buzovnada iki balıqçı xilas edilib Dalğıc-xilasedicilər qayığı sahilə çıxarıblar
Hadisə
22 Fevral , 2016 00:02
Buzovnada iki balıqçı xilas edilib

Bakı. 22 fevral. REPORT.AZ/ Bakının Xəzər rayonu ərazisində dənizdə 2 nəfər balıqçı köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə “Buzovna” sularda xilasetmə məntəqəsindən 3 km aralıda, nəzarətsiz ərazidə qeydə alınıb.

FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları xilas ediblər və qayığı sahilə çıxarıblar. Əməliyyat saat 21:20-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi