“Buta Airways” Kazana uçan sərnişinlərə xəbərdarlıq edib

“Buta Airways” Kazana uçan sərnişinlərə xəbərdarlıq edib Bakı. 7 noyabr. REPORT.AZ/ “Buta Airways” şirkəti noyabrın 7-də saat 09:00-da Bakıdan yola düşən Bakı-Kazan (Tatarıstan) reysinin (J2-9575) sərnişinlərinə xəbərdarlıq edib. 
Hadisə
7 Noyabr , 2017 12:38
“Buta Airways” Kazana uçan sərnişinlərə xəbərdarlıq edib

Bakı. 7 noyabr. REPORT.AZ/ “Buta Airways” şirkəti noyabrın 7-də saat 09:00-da Bakıdan yola düşən Bakı-Kazan (Tatarıstan) reysinin (J2-9575) sərnişinlərinə xəbərdarlıq edib. 

“Report”un şirkətə istinadən verdiyi məlumata görə, Kazan hava limanında əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, hava gəmisinin komandiri təyyarəni Nijni Novqorod şəhərində endirməyə qərar verib. Eniş ştat rejimdə keçib.

Hava şəraiti yaxşılaşan kimi təyyarə yenidən Kazana uçacaq. Bu barədə əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi