Yuxarı

“Buta Airways”in Lvov-Bakı reysi gecikib

​“Buta Airways”in Lvov-Bakı reysi gecikib

Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi – “Buta Airways” şirkətinin bu gün Ukraynanın Lvov şəhərindən Bakıya həyata keçirdiyi reys gecikmə ilə baş tutub.

“Report”un məlumatına görə, "Embraer-190" markalı sərnişin təyyarəsi havaya nəzərdə tutulandan 45 dəqiqə sonra qalxıb.

Buna səbəb aviareysə qeydiyyat zamanı texniki yanlışlığa yol verilməsi olub. Belə ki, sərnişinlərdən birinin əl yükü talonu səhvən başqa sərnişinin uçuş talonuna yapışdırılıb. Bunu üzə çıxarmaq üçün təyyarə bələdçiləri əvvəlcə pasportları, sonra isə uçuş talonlarını siyahı ilə üzləşdiriblər. Anlaşılmazlıq aradan qaldırıldıqdan sonra təyyarə hava limanını tərk edib.

Xatırladaq ki, “Buta Airways”in yanvarın 13-də Bakıdan Lvova həyata keçirdiyi reys də gecikmişdi. Amma həmin vaxt təyyarədə nasazlıq yaranmışdı və sərnişinlər bir neçə saatdan sonra digər təyyarə ilə yola salınmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi