Bulvarda özünü dənizə atan qadının meyiti tapılıb

Bulvarda özünü dənizə atan qadının meyiti tapılıb Bakı. 31 dekabr. REPORT.AZ/ Ötən gün Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində dənizdə batdığı ehtimal olunan 1983-cü il təvəllüdlü Rüstəmova Dilrubə Xalid qızının axtarışları başa çatıb.
Hadisə
106
31 Dekabr , 2018 11:06
Bulvarda özünü dənizə atan qadının meyiti tapılıb

Bakı. 31 dekabr. REPORT.AZ/ Ötən gün Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində dənizdə batdığı ehtimal olunan 1983-cü il təvəllüdlü Rüstəmova Dilrubə Xalid qızının axtarışları başa çatıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

D.Rüstəmovanın meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qruplarının birgə əməliyyatı nəticəsində tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib, əməliyyat başa çatıb.

Son xəbərlər

Orphus sistemi