Yuxarı
    Bağlamaq

    ​Bulvar İdarəsinin rəhbərliyi bulvarda ən çox hansı qrup insanların problem yaratdığını açıqlayıb

    Bulvarın mühafizə xidməti problemin qarşısını almağa çalışır

    Bakı. 28 oktyabr. REPORT.AZ/ "Dənizkənarı Milli Park ərazisində gəzməyə gələnlər arasında ən çox problem yaradanlar velosiped sürənlər və it gəzdirənlərdir".

    Bunu "Report"a açıqlamasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

    O bildirib ki, xüsusilə də itlərini burundaqsız (ağzı açıq) gəzdirənlər problem yaradır. Bundan başqa, itlər ifrazatı ilə bulvar ərazisini batırır ki, bu da narahatlıq doğurur. Rəis müavininin sözlərinə görə, bulvarda xüsusi ayrılan xətlərdə deyil, insanların gəzdiyi məkanlarda velosiped sürənlər də gəzintiyə çıxanlara mane olur: "Ağ şəhər, Yeni bulvar ərazilərində velosiped sürənlər üçün xətt ayrılıb. Köhnə bulvarda isə Nefçilər prospekti boyunca bir xətt ayrılıb. Bununla belə, bəzi insanlar bulvarın digər ərazilərində də velosiped sürürlər. Bu da problemlərə səbəb olur. Bulvarın mühafizə xidməti isə problemin qarşısını almağa çalışır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi