Bu ilin üç ayında polis 376 nəfəri 38 567 manat məbləğində cərimələyib

Bu ilin üç ayında polis 376 nəfəri 38 567 manat məbləğində cərimələyib Bakı. 19 aprel. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütamadi tədbirlər həyata keçirilir.
Hadisə
19 Aprel , 2018 17:17
Bu ilin üç ayında polis 376 nəfəri 38 567 manat məbləğində cərimələyib
Report

Bakı. 19 aprel. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütamadi tədbirlər həyata keçirilir.

DİN-dən "Report"a verilən məlumata görə, 2018-ci ilin ötən üç ayında respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş belə tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 266-cı (İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması), 234-cü (sənaye və məişət tullantılarının toplanması, yandırılması nəticəsində atmosfer havasının çirkələnməsi) və 244-cü (Torpaqların (meşəfondu torpaqların) zibillənməsi və korlanması) maddələrinin tələblərini pozmuş 174 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Onlara tətbiq olunan cərimələrin məbləği 9 600 manat təşkil edib.

Eyni zamanda şəhər, rayon polis orqanları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 275-ci (ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması) və 521-ci (məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş 202 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Onlara tətbiq olunan cərimələrin məbləği 28 967 manat təşkil edib.

Bu istiqamətlərdə tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi