Bu ilin ilk 6 ayında 463 qadın cinayət törədib

Bu ilin ilk 6 ayında 463 qadın cinayət törədib 2020-ci ilin birinci yarımilində 1291 qadına qarşı cinayət törədilib.
Hadisə
21 avqust 2020 08:53
Bu ilin ilk 6 ayında 463 qadın cinayət törədib

Bu ilin birinci yarımilində 1 291 qadına qarşı cinayət törədilib.

“Report” xəbər verir ki, bu barədə Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında məlumat verilib.

Qeyd edilib ki, 2019-cu ildə isə 3 091 qadına qarşı isə cinayət törədilib.

Qadınlar tərəfindən törədilən cinayətlərə gəlincə, 2020-ci ilin birinci yarımilində 463, 2019-cu ildə isə 1 039 qadın tərəfindən cinayət törədilib.

Qeyd edək ki, qadınlar tərəfindən və onlara qarşı törədilən cinayətlərin statistikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən aparılır.

Son xəbərlər

Orphus sistemi