ANAMA: Bu ilin fevralında 1098 partlamamış hərbi sursat zərərsizləşdirilib

ANAMA: Bu ilin fevralında 1098 partlamamış hərbi sursat zərərsizləşdirilib Bakı. 1 mart. REPORT.AZ/ Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu ilin fevral ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.
Hadisə
1 Mart , 2019 18:23
ANAMA: Bu ilin fevralında 1098 partlamamış hərbi sursat zərərsizləşdirilib

Bakı. 1 mart. REPORT.AZ/ Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu ilin fevral ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb. 

Agentlikdən "Report"a verilən məlumata görə, Abşeron, Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Gədəbəy, Göygöl, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 246,127 m² (24.61 ha) ərazi yoxlanılıb, 1,088 ədəd partlamamış hərbi sursat (PHS) və 10 ədəd piyada əleyhinə mina (cəmi 1098 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 476 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 532,902,209 m² (53,290.22 ha) ərazi təmizlənmiş, 802,415 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Fevral ayı ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 3, Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 17 müraciət daxil olub (cəmi 20 çağırış). Müraciətlər əsasında 17 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Füzuli, Gədəbəy, Göygöl, Tərtər, Tovuz rayonları, Bakı və Sumqayıt şəhərləri ərazisində 21,827 kv.m ərazi yoxlanılıb, 815 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Bundan əlavə, 2019-cu ilin fevral ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi