Bu il narkotikə görə üç qulluqçu cinayət məsuliyyətinə cəlb edilib

Bu il narkotikə görə üç qulluqçu cinayət məsuliyyətinə cəlb edilib Beş ayda 1 439 fakt aşkarlanıb
Hadisə
20 İyun , 2016 13:30
Bu il narkotikə görə üç qulluqçu cinayət məsuliyyətinə cəlb edilib

Bakı. 20 iyun. REPORT.AZ/ Bu ilin 5 ayı ərzində Azərbaycanda narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları 1 439 fakt aşkar edib.

“Report”un xəbərinə görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2016-cı ilin 5 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri barədə yaydığı hesabatda bildirilir.

Hesabatda qeyd olunub ki, onlardan 375-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1006-ı satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 43-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 15-i isə digərləri təşkil edib. Aşkar edilən faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 520 kq 018,497 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 294 kq 108,305 qr marixuana (19,3%), 169 kq 501,11 qr tiryək (11,2%), 1 ton 037 kq 427,41 qr heroin (68,2%), 16 kq 290,255 qr həşiş (1,1%), 2 kq 488, 884 qr digərləri (0,2%), 154,220 qr psixotrop maddələr və 11828 ədəd həb təşkil edib.

Həmçinin, “Xaş-Xaş 2016” şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib-becərilən və yabanı halda bitmiş 56 kq 399,885 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilib.

Cinayət məsuliyyətinə 850 nəfər cəlb edilib ki, onlardan 1-i 18 yaşadək, 63-ü 18 -25 yaşadək, 149-u 30 yaşadək, 637-i 30 yaşdan yuxarı, 7-i fəhlə, 3-ü qulluqçu, 754-ü işləməyənlər, 840-ı kişilər, 10-u qadınlar, 10 nəfəri isə xarici ölkə vətəndaşları olub.

Son xəbərlər

Orphus sistemi