Bu il narkotik ilə bağlı 1 914 cinayət faktı aşkarlanıb

Bu il narkotik ilə bağlı 1 914 cinayət faktı aşkarlanıb Bu ilin yanvar-fevral ayları ərzində hüquq mühafizə orqanları narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1 914 cinayət faktı aşkarlayıb
Hadisə
16 Mart , 2022 09:59
Bu il narkotik ilə bağlı 1 914 cinayət faktı aşkarlanıb

Bu ilin yanvar-fevral ayları ərzində hüquq mühafizə orqanları narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1 914 cinayət faktı aşkarlayıb.

Bu barədə "Report"a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Qeyd olunub ki, həmin faktlardan 686-sı narkotik vasitələrin qanunsuz satışı, 1210-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 12-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Son xəbərlər

Orphus sistemi