Bu il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 29 vəzifəli şəxsi intizam məsuliyyətinə cəlb edib

Bu il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 29 vəzifəli şəxsi intizam məsuliyyətinə cəlb edib Baş İdarə vətəndaşların 3656 müraciətinə baxıb
Hadisə
17 İyul , 2017 10:25
Bu il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 29 vəzifəli şəxsi intizam məsuliyyətinə cəlb edib
Report.az

Bakı. 17 iyul. REPORT.AZ/ Bu ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 3656 müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, bunu Baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev keçirdiyi hesabat tədbirində bildirib.

O əlavə edib ki, həmçinin 125 cinayət xarakterli material araşdırılıb: “Həmin materialların 75-i (60%) üzrə cinayət işi başlanıb, 50 (40%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 29 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib”.

Son xəbərlər

Orphus sistemi