Penitensiar xidmət: Bu il həbsxanalara 58,581 qram narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmət: Bu il həbsxanalara 58,581 qram narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb Azərbaycanda bu ilin birinci yarım ilində axtarış-baxış tədbirlərinin keyfiyyətli keçirilməsi, əməliyyat-rejim tədbirlərinin daha səmərəli təşkili nəticəsində həbs edilmiş şəxslərdən, məhkumlardan və digər şəxslərdən 29 litr qıcqırdılmış maye, 40 fakt üzrə 58,581 qram narkotik və psixotrop maddə, 47 mobil telefon aşkarlanaraq götürülüb.
Hadisə
17 İyul , 2019 17:54
Penitensiar xidmət: Bu il həbsxanalara 58,581 qram narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Azərbaycanda bu ilin birinci yarım ilində axtarış-baxış tədbirlərinin keyfiyyətli keçirilməsi, əməliyyat-rejim tədbirlərinin daha səmərəli təşkili nəticəsində həbs edilmiş şəxslərdən, məhkumlardan və digər şəxslərdən 29 litr qıcqırdılmış maye, 40 fakt üzrə 58,581 qram narkotik və psixotrop maddə, 47 mobil telefon aşkarlanaraq götürülüb.

"Report" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş İdarəsində 2019-cu ilin birinci yarımilliyinin yekunlarına həsr olunan əməliyyat müşavirəsində Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov deyib.

O bildirib ki, 2019-cu ilin birinci yarım ili ərzində həbs edilmiş şəxslərə və məhkumlara qadağan olunmuş, habelə saxlanmasına icazə verilməyən əşyaların daxil olmasının qarşısının alınması, onların müəyyən edilərək götürülməsi prosesi davam etdirilib.

Son xəbərlər

Orphus sistemi