Bu il Azərbaycanda qeydə alınmış cinayət hadisələrinin sayı açıqlanıb

Bu il Azərbaycanda qeydə alınmış cinayət hadisələrinin sayı açıqlanıb Bu ilin altı ayında Azərbaycanda qeydə alınmış cinayət hadisələrinin sayı açıqlanıb.
Hadisə
16 Avqust , 2021 12:44
Bu il Azərbaycanda qeydə alınmış cinayət hadisələrinin sayı açıqlanıb

Bu ilin altı ayında Azərbaycanda qeydə alınmış cinayət hadisələrinin sayı açıqlanıb.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2021-ci ilin yanvar – iyun ayları ərzində ölkədə qeydə alınmış 14928 cinayət hadisəsinin 4145-i və ya 27,8 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,7 faiz çoxdur.

Onların 57,9 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 35,7 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 4,6 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,7 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizini isə digər cinayətlər təşkil edib.

Son xəbərlər

Orphus sistemi