Bu il Azərbaycanda doğulan oğlan uşaqlarının sayı qızlardan 7 faiz çox olub - STATİSTİKA

Bu il Azərbaycanda doğulan oğlan uşaqlarının sayı qızlardan 7 faiz çox olub - STATİSTİKA Körpələrdən 1918-i əkiz, 33-ü üçəm doğulanlardır
Hadisə
16 Noyabr , 2017 13:41
Bu il Azərbaycanda doğulan oğlan uşaqlarının sayı qızlardan 7 faiz çox olub  - STATİSTİKA

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu ilin ötən dövrü ərzində Azərbaycanda doğulan oğlan uşaqlarının sayı qızlardan 7 faiz çox olub.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə 107459 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib.

Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 1918-i əkiz, 33-ü üçəm doğulanlardır.

Son xəbərlər

Orphus sistemi