Azərbaycanda seysmoloji cəhətdən aktiv olan bölgələrin adları açıqlanıb - SİYAHI

Azərbaycanda seysmoloji cəhətdən aktiv olan bölgələrin adları açıqlanıb - SİYAHI Qurban Yetirmişli: "Bu il Azərbaycanda 4 849 zəlzələ qeydə alınıb"
Hadisə
2 Avqust , 2016 12:34
Azərbaycanda seysmoloji cəhətdən aktiv olan bölgələrin adları açıqlanıb - SİYAHI

Bakı. 2 avqust. REPORT.AZ/ "2016-cı il avqustun 1-nə olan məlumata görə, Azərbaycanda 4 849 zəlzələ qeydə alınıb".

"Report" xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli avqust ayının 1-də İmişlidə baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, ilin ötən dövrü ərzində 3 və 3 baldan yuxarı olan 57 təkan olub: "Baş verən zəlzələlərdən 10-u hiss olunub".

Q.Yetirmişli bu il ərzində ölkə ərazisində seysmoloji cəhətdən aktiv olan bölgələrin adlarını da açıqlayıb: "Azərbaycanda ən aktiv zonalar Xəzər, Şamaxı, İsmayıllı, Böyük Qafqazın cənub şərq yamacı, Talış dağlarıdır. Bir müddət əvvəl Şamaxıda Pirqulu ərazisində bir gün ərzində də 93 təkan qeydə alınmışdı".

Son xəbərlər

Orphus sistemi