Bu il Azərbaycanda 24,3 min nikah, 4,2 min boşanma qeydə alınıb

Bu il Azərbaycanda 24,3 min nikah, 4,2 min boşanma qeydə alınıb Əhalinin hər 1 000 nəfərinə hesabı ilə ölüm səviyyəsi 6,5-dən 6,1-ə qədər azalıb
Hadisə
11 İyun , 2015 14:38
Bu il Azərbaycanda 24,3 min nikah, 4,2 min boşanma qeydə alınıb

Bakı. 11 iyun. REPORT.AZ/ Bu ilin 4 ayı ərzində Azərbaycanda 19,1 min ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə ölüm səviyyəsi 6,5-dən 6,1-ə qədər azalıb. "Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yaydığı hesabatda bildirilir.

Hesabata əsasən, bu ilin 4 ayı ərzində rəsmi orqanlar tərəfindən 24,3 min nikah və 4,2 min boşanma halları qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə hesabı ilə nikahların sayı 7,8, boşanmaların sayı isə 1,4 olub.

Son xəbərlər

Orphus sistemi