Bu ilin 4 ay 25 günü ərzində Azərbaycanda daxili işlər orqanları tərəfindən 1 ton 467 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bunu “Report”un “Hüququnuz var” verilişində Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O qeyd edib ki, bunun 68 faizi heroin və tiryəkdir:
“Bu müddət ərzində təkcə Baş Narkotiklərlə Mübarizə İdarəsi və regional şöbələri 712 kq narkotik vasitələri qanunsuz dövriyyədən çıxarıb. Bunun 580 kq-ı heroin və tiryəkdir”.