Bu il 5 minə qədər Azərbaycan vətəndaşı Ukraynada yaşamaq izni alıb

Bu il 5 minə qədər Azərbaycan vətəndaşı Ukraynada yaşamaq izni alıb 2021-ci ildə Ukraynada müvəqqəti və daimi yaşamaq izni alan Azərbaycan vətəndaşlarının sayı məlum olub.
Hadisə
22 Dekabr , 2021 11:07
Bu il 5 minə qədər Azərbaycan vətəndaşı Ukraynada yaşamaq izni alıb
0 : 00
0 : 00

Bu il Ukraynada müvəqqəti və daimi yaşamaq izni alan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Ukrayna Dövlət Miqrasiya Xidmətindən "Report"un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu il ərzində ümumilikdə 4 864 Azərbaycan vətəndaşına yaşamaq izni verilib.

Bunlardan 3 530 nəfəri müvəqqəti yaşamaq, 1 334 nəfəri isə daimi yaşamaq izni alanlardır.

Son xəbərlər

Orphus sistemi