Yuxarı
    Bağlamaq

    Bu gün kəskin hava şəraiti itkin düşən alpinistlərin axtarışına imkan verməyib

    Bakı. 2 yanvar. REPORT.AZ/ "İtkin düşən alpinistlərin yerini müəyyən etmək üçün əsas axtarışlar Mahmuddərədə gedir".

    Bunu “Report”a açıqlamasında “Gilavar” - hava və ekstrim idman klubunun direktoru Ziya Qasımov deyib.

    O bildirib ki, indiyə qədər alpinistlərlə bağlı heç bir izə rast gəlinməyib: "Hazırda hava şəraitinə görə, axtarış işləri müvəqqəti dayandırılıb. Çünki hava şəraiti çox kəskindi, güclü qar yağır və duman var. Əraziyə çıxmaq təhlükəlidir".

    Klub direktoru qeyd edib ki, alpinistlərin axtarışı ilə 20 nəfər məşğul olur: "Axtarışlarda iştirak edənlərin 10 nəfəri Fövqəladə Hallah Nazirliyinin işçisidir. Digər 10 nəfər isə könüllüdü. Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev də ərazidədir".

    Qeyd edək ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü (Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə) geri qayıtmayıb və onlarla əlaqə kəsilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi