Yuxarı

BŞİH: Avtobusun vurduğu qadın üç ildir süpürgəçi işləmirdi

BŞİH: Avtobusun vurduğu qadın üç ildir süpürgəçi işləmirdi

Bakı. 8 noyabr. REPORT.AZ/ Bakıda faciəli şəkildə ölən qadını avtobus yolu süpürərkən deyil, yolu keçərkən vurub.

Bu barədə “Report”a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.

Qeyd edilib ki, Bəsti Dostəli qızı Eyvazova üç il əvvələ qədər Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 34 saylı Mənzil-Kommunal və Texniki Xidmət sahəsində çalışıb: “Bəsti Dostəli qızı Eyvazova 2015-ci ildən orada çalışmırdı”.

Qeyd edək ki, qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

Hadisəni törədən sürücü saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi