BŞBPİ: İtkin düşən şəxsin polis tərəfindən tutularaq saxlanılması barədə fikirlər həqiqəti əks etdirmir

BŞBPİ: İtkin düşən şəxsin polis tərəfindən tutularaq saxlanılması barədə fikirlər həqiqəti əks etdirmir Bakı. 30 oktyabr. REPORT.AZ/ Oktyabrın 26-da Şirvan rayon sakini İsmayıl İslam oğlu Nadirlinin itkin düşməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsinə müraciət daxil olub.
Hadisə
30 Oktyabr , 2018 12:30
BŞBPİ: İtkin düşən şəxsin polis tərəfindən tutularaq saxlanılması barədə fikirlər həqiqəti əks etdirmir

Bakı. 30 oktyabr. REPORT.AZ/ Oktyabrın 26-da Şirvan rayon sakini İsmayıl İslam oğlu Nadirlinin itkin düşməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsinə müraciət daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, onun yaxını müraciətində vurğulayıb ki, İ.Nadirli oktyabrın 26-da saat 20 radələrində işdən evə getmək adı ilə çıxaraq ünvana çatmayıb.

Daxil olan müracət üzrə keçirilən əməliyyat-axtarış tədbirləri ilə itkin düşmə kimi qeydə alınan şəxsin yeri müəyyən edilərək Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib, onunla profilaktik söhbət aparılmaqla ərazi üzrə 28-ci Polis Bölməsinə təhvil verilib.

Sosial şəbəkələrdə və bəzi elektron informasiya vasitələrində İ.Nadirlinin polis tərəfindən tutularaq saxlanılması barədə söylədiyi fikirlər həqiqəti əks etdirmir. 

Son xəbərlər

Orphus sistemi