Broyler şirkətində 25 min manatlıq mənimsəmə faktı aşkarlanıb

Broyler şirkətində 25 min manatlıq mənimsəmə faktı aşkarlanıb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
12 Noyabr , 2015 11:26
Broyler şirkətində 25 min manatlıq mənimsəmə faktı aşkarlanıb

Bakı. 12 noyabr. REPORT.AZ/ “Göyçay Broyler” MMC-də daxili audit zamanı 25 min manatlıq mənimsəmə faktı aşkarlanıb.

“Report”un xəbərinə görə, bu barədə şirkətin təsisçisi, Səməd Novruzov Nəsimi Rayon Prokurorluğuna şikayət edib.

S.Novruzov 2008-ci ildən bu ilin oktyabr ayına kimi MMC-də sürücü-ekspeditor işləyən Yevlax rayon sakini, 1980-ci il təvəllüdlü Baxçalı Baxçalıyev və Şuşa şəhər sakini, 1983-cü il təvəllüdlü Elçin Hüseynovu şirkətə məxsus 25 min manat pulu mənimsəməkdə ittiham edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi