Yuxarı

Britaniya şirkətinin Bakıdakı nümayəndəliyinin əməkdaşının kassasiya şikayəti təmin edilməyib

Britaniya şirkətinin Bakıdakı nümayəndəliyinin əməkdaşının kassasiya şikayəti təmin edilməyib
© Report

Bakı. 31 oktyabr. REPORT.AZ/ Ali Məhkəmədə Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən "Amec Services Limited" şirkətinin baş mühasibi və maliyyə menecerinin müavini işləmiş Fuad Əfəndiyevin barəsində olan məhkəmə qərarından verilən kassasiya protestinə və kassasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, F.Əfəndiyevin kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, cinayət işinin başlanmasına "Amec plc" şirkətinə məxsus üç şirkətin - "Amec" MMC, "AMEC Resources Limited" və "AMEC Services Limited" şirkətlərinin fəaliyyətləri dövründə qeyri-qanuni ödənişlərin aparılması barədə edilən müraciət səbəb olub.

İstintaq zamanı külli miqdarda F.Əfəndiyevin pul vəsaitinin qanunsuz olaraq müxtəlif ölkələrdəki şirkətlərə köçürülməklə leqallaşdırıldığı məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Əfəndiyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi