​BQXK-nın nümayəndələri Azərbaycana keçən erməniyə baş çəkiblər

​BQXK-nın nümayəndələri Azərbaycana keçən erməniyə baş çəkiblər O, komitə təmsilçiləri vasitəsi ilə ailəsinə məktub göndərib
Hadisə
17 Avqust , 2016 13:45
​BQXK-nın nümayəndələri Azərbaycana keçən erməniyə baş çəkiblər

Bakı. 17 avqust. REPORT.AZ/ Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisinin əməkdaşları Azərbaycan sərhədini qanunsuz olaraq keçən Ermənistan vətəndaşına baş çəkiblər.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, komitə təmsilçiləri vasitəsi ilə ailəsinə məktub göndərib.

Qeyd edək ki, Ermənistanın Ararat rayonun Ayqepat kəndinin sakini 1954-cü il təvəllüdlü erməni Henrik Sayerbekoviç Aqekyan avqustun 7-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində sərhədi pozarkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi