“bp-Azerbaijan”ın mühəndisi polisə şikayət edib: “Birgə yaşadığım qadın məni döyür”

“bp-Azerbaijan”ın mühəndisi polisə şikayət edib: “Birgə yaşadığım qadın məni döyür” Faktla bağlı araşdırma aparılır
Hadisə
15 Yanvar , 2016 14:47
“bp-Azerbaijan”ın mühəndisi polisə şikayət edib: “Birgə yaşadığım qadın məni döyür”

Bakı. 15 yanvar. REPORT.AZ/ Bakıda Böyük Britaniya vətəndaşı olan kişi qadından polisə şikayət edib.

“Report”un xəbərinə görə, 60 yaşlı Harrison Devid Corc polisə müraciət edərək Yasamal rayonunda kirayə qaldığı mənzildə birlikdə qeyri-rəsmi nikahda yaşadığı qadın tərəfindən döyüldüyünü bildirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, D.Corc “bp-Azerbaijan”da mühəndis vəzifəsində çalışır.

Son xəbərlər

Orphus sistemi