Yuxarı

​Boşandığı qadına aliment verməyən kişinin apellyasiya şikayətinə baxılıb

Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb

Bakı. 24 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində məhkəmənin hökmünü icra etməməkdə təqsirləndirilən Mehrəliyev Fərhad Məcid oğlu barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
F.Mehrəliyevin apellyasiya şikayəti təmin edilməyib.

F.Mehrəliyev Cinayət Məcəlləsinin 306.1-ci (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, qərardadını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham olunub.

Qeyd edək ki, üç uşaq atası olan F.Mehrəliyev həyat yoldaşından boşanıb. O, ötən il təyin olunmuş alimenti vermədiyinə və məhkəmənin müvafiq qərarını icra etmədiyinə görə cəzalandırılıb. Belə ki, F.Mehrəliyev Xətai Rayon Məhkəməsinin hökmü ilə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi