Boşandığı ailəsinə aliment verməsi üçün məhkəməyə çağrılan şəxs orada ölüb - FOTO

Boşandığı ailəsinə aliment verməsi üçün məhkəməyə çağrılan şəxs orada ölüb - FOTO Proses başlamamışdan əvvəl Şövqü Məmmədovun vəziyyəti pisləşib və məhkəmə binasının qarşısında dünyasını dəyişib
Hadisə
11 Noyabr , 2015 14:12
Boşandığı ailəsinə aliment verməsi üçün məhkəməyə çağrılan şəxs orada ölüb - FOTO

Bakı. 11 noyabr. REPORT.AZ/ Gəncədə Apellyasiya Məhkəməsinin qarşısında ölüm hadisəsi baş verib. "Report" xəbər verir ki, bu gün səhər saatlarında Gədəbəy rayon sakini Şövqü Məmmədov boşandığı ailəsinə aliment verməsi ilə bağlı şikayətə baxılan prosesdə iştirak etmək üçün adıçəkilən məhkəməyə çağırılıb.

Amma məhkəmə prosesi başlamamışdan əvvəl onun vəziyyəti pisləşib və məhkəmə binasının qarşısında dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi