Yuxarı

Borclu olduğu pulu tələb edərək Bakı sakinini döyən şəxslər saxlanılıb

Borclu olduğu pulu tələb edərək Bakı sakinini döyən şəxslər saxlanılıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini C.Salmanov oktyabrın 28-də M.Ə.Rəsulzadə qəsəbəsindəki evinə gələn 2 nəfərin onu həyətə çağırıb döydüklərini, “Niva” markalı avtomobildə Qobu qəsəbəsindəki bir evə apararaq yenidən döyərək borclu olduğu pulu tələb etdiklərini bildirib.

DİN-in Mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, təxirəsalınmaz əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri olan Elşən və Elvin Mustafayevləri qısa müddətdə müəyyən edərək saxlayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 322.2-ci (özbaşınalıq - eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi