Bölgələrdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Bölgələrdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA Səhər saatlarında respublikanın əksər rayonlarında şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub.
Ekologiya
7 İyun , 2020 13:17
Bölgələrdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Səhər saatlarında respublikanın əksər rayonlarında şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, yağıntının miqdarı Oğuzda 14 mm, Şamaxı, Kürdəmirdə 13 mm, Hacıqabulda 10 mm, Sabirabad, Kişçayda (Şəki) 9 mm, Cəfərxanda 5 mm, Ağdərə (Ordubad), Lənkəranda 3 mm, Sarıbaş (Qax), Mərəzədə 2 mm, Qəbələ, Göyçay, Xınalıq, Zaqatala, Şahbuz, Salyan, Şahdağda 1 mm olub.

Temperatur Bakıda iqlim normasından 1,5 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-29, aran rayonlarında 29-32, dağlıq rayonlarda 19-23, Naxçıvan MR-da 25-31 dərəcə isti olub.

Son xəbərlər

Orphus sistemi